ŞƏHİDLƏR
Amansız düşməndən heç qorxmadınız,
Axır Xocalının qanın aldınız.
Dəmir yumruq ilə xəfər çaldınız
Şəhidlər, Şəhidlər, cəsur Şəhidlər,
Vətən həsrətilə məğrur Şəhidlər.
Heyranam sizdəki qeyrət hissinə,
Getdiz çəkinmədən düşmən üstünə,
Amansız yağının durduz qəsdinə,
Şəhidlər, Şəhidlər, cəsur Şəhidlər,
Vətən həsrətilə məğrur Şəhidlər.
Bilmədim qardalsız, yoxsa şirsiniz,
Vətəni hər şeydən artıq bildiniz.
Xəcalət tərini axır sildiniz,
Şəhidlər, Şəhidlər, cəsur Şəhidlər,
Vətən həsrətilə məğrur Şəhidlər.
Şuşanı siz yalın əllə aldınız,
Dağların başında zəfər çaldınız.
Məsciddə ilk dəfə namaz qıldınız,
Şəhidlər, Şəhidlər, cəsur Şəhidlər,
Vətən həsrətilə məğrur Şəhidlər.
Şair tək ilhamı sizdən almışıq,
Biz bü igidliyə mətəl qalmışıq,
Sizin sayənizdə zəfər çalmışıq,
Şəhidlər, Şəhidlər, cəsur Şəhidlər,
Vətən həsrətilə məğrur Şəhidlər.
Sabir SADİQ
Müstəqil.AZ