“Şəhidlərimiz yola səpələnmişdi, maşında 3 meyit qalmışdı”

“Şəhidlərimiz yola səpələnmişdi, maşında 3 meyit qalmışdı”

“Şəhidlərimiz yola səpələnmişdi, maşında 3 meyit qalmışdı”

“Hiyləgər düşmən yolla gedən yaralı kənd sakinini görür və öldürmür. Həmin sakin hələ də həyatdadır. Çünki, ermənilər bilirdilər ki, kəndin mühafizəsi üçün dəstəyə gələnlər olacaq və həmin yaralını görənlər kəndə yolla gəlməli olacaq.”

Bunu -ya Kəlbəcər rayonunun Ağdaban kənd sakini Kəmaləddin Məmmədov aprelin 8-də Ağdabanda ermənilərin qarşısını almaq üçün kəndə köməyə gələn qonşu Kərəmli kəndinin sakinlərinin ermənilər tərəfindən qətlə yetirilməsi hadisəsini danışarkən deyib. O əlavə edib ki, həmin qətliamda onun qohumları və doğmaları da olub:

“Onların planı elə bu idi ki, köməyə gələnləri pusquya salıb qətlə yetirsinlər. Köməyə gələnlər bizim kəndimizdən bir neçə nəfər, eləcə də Kərəmli kəndinin sakinləri idi. Ələsgər əmim də, dayım oğlu, bacımın yoldaşı həmin maşında idilər. 14 nəfər idilər. Sağ qalmağa çalışanlar da olmuşdu. Meyitləri götürəndə dəhşətə gəldik. Eləsi var idi, ayağı yox idi, qumbaraatanla vurmuşdular. Şəhidlərimiz yollara səpələnmişdi, maşında 3 meyit qalmışdı”.

Ağdaban kənd sakini Kəmaləddin Məmmədov onu da vurğuladı ki, kəndin işğalı zamanı ermənilər “BMP” adlanan zirehli piyada maşınından da istifadə ediblər.

Fuad Sadıqov

Share: