Azərbaycan alpinistləri Qızılqaya dağ massivində dəniz səviyyəsindən 2783 m hündürlükdə, adsız yüksəkliklərdən birində Vətən müharibəsində şəhid olan 2783 nəfər əsgərin şərəfinə xatirə lövhəsi yerləşdirib.
Müstəqil.Az xəbər verir ki, Xarıbülbül formasında hazırlanmış lövhə üzərində 2783 rəqəmi həkk olunub.
Bu barədə sözügedən alpinistlər sosial şəbəkədə məlumat veriblər.
Qeyd olunub ki, Xınalıq-Qalaxudat yürüş marşrutunun yaxınlığında yerləşən bu lövhə gələcəkdə ərazidən keçən yerli və xarici turistlərin məlumatlandırılmasında mühüm rol oynayacaq.
Müstəqil.Az