“Meltwater Champions Chess Tour” onlayn şahmat seriyasının səkkizinci mərhələsi olan “Aimchess Rapid” turniri davam edir.
“Report”un məlumatına görə, Azərbaycan qrossmeysteri Şəhriyar Məmmədyarov turnirin üçüncü günündə daha 4 oyun keçirib.
Maraqlıdır ki, Məmmədyarovun üçüncü gündəki bütün rəqibləri Hindistan təmsilçiləri olublar.
Günün ilk görüşündə (9-cu turda – red.) Arjun Eriqaisiyə qalib gələn Azərbaycan qrossmeysteri ardınca Santoş Viditlə bərabərliyərazılaşıb.
11-ci turda Dommaraju Qukeşə məğlub olan “Şah” günü Pentala Harikrişna üzərində qələbə ilə başa vurub.
Beləliklə, 4 oyunun ikisində qələbə qazanıb, birində heç-heçə edən, bir görüşdə isə uduzan Məmmədyarov 23 xalla turnir cədvəlinin 2-ci pilləsində qərarlaşıb.