Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov Hindistanın Kəlküttə şəhərində keçirilən “Tata Steel Chess India Rapid 2022” superturnirinə uğurla start verib.
“Qafqazinfo” xəbər verir ki, təmsilçimiz yarışın ilk 3 turunda hindistanlı şahmatçılar Dommaraju Qukeş, Sethuraman Panayappan Sethuraman və ABŞ idmançısı Uesli Soya qalib gəlib. Nəticədə 3 xal toplayan qrosmeysterimiz liderliyə yüksəlib.
Turnir dekabrın 12-dək davam edəcək.