Şəkərli diabetin qarşısını necə almaq olar?

Şəkərli diabetin qarşısını necə almaq olar?

Preddiabet, yəni artıq diabetə xeyli yaxınlaşdığınız müddətdə xəstəliyi yubatmaq və ya tam qarşısını almaq mümkün ola bilər. Preddiabet artıq qanda qlükozanın zaman-zaman çoxalmasıdır. Mədəaltı vəz rezervi tükənməkdədir. Bu daha çox yaşla bağlı və ailədə diabet olan insanlarda yaranır.

Müstəqil.Az Medicina.az-a istinadən diabetin profilaktikasında 3 qızıl qaydanı təqdim edir:

1. İntervalla acqalma

İnsulin dirənçi və diabetin ən gözəl dərmanı müəyyən müddətə fasilələrlə tam ac qalmaqdır.

“Diabetin kodu” kitabında II tip diabetin qarşısını almaq üçün dərmansız bərpa proqramından bəhs edilir. Orda da ən effektiv metod acqalma qeyd olunub.

Bu çox sadədir. Sutkanın 16-18 saatını heç bir qida qəbul etmirsiniz və az–az su içirsiniz. Qalan 8 saatı isə normal sağlam qidalanırsız. Yağlı, şirin, duzlu olmaz. Beləcə 3 gün davam edirsiniz. Daha sonra normal qidalanmaya keçirsiniz. Bu metodu ayda bir dəfə yoxlayın.

2. Artıq şəkərdən imtina

Nə qədər tez şəkəri nəzarətə götürüb, şəkərli qidaları menyudan çıxarıb, təbii şəkərə keçsəniz, bir o qədər diabetdən uzaq olacaqsınız.

Sadə karbohidratları, ağ şəkər, qəndi və qarğıdalı siropundan qida məhsullarını tam çıxarırsınız. Tez-tez və az az yeməyə keçin. Bununla insulin sintezi normallaşacaq.

Şəkər olmamaq üçün Stevia adlı tam təbii bitki şəkərdən istifadə etmək olar. Satışda tapılır.

3. İçkidən imtina

İstənilən miqdarda alkoqol uzun illər ərzində yavaş-yavaş mədəaltı vəzini hüceyrə səviyyəsində zədələyir və xroniki iltihab yaradır. Bu da həm I tip, həm də II tip diabetə səbəb olur. Nəslində diabet olanlarda bu daha da sürətli baş verir. Eləcə də qazlı, şirəli və energetik içkilər də bu təsirə malikdir.

Müstəqil.Az

Share: