Şəkidə eyni məktəbin 3 müəllimi və 24 şagirdi zəhərlənib.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan “Qafqazinfo”ya bildirilib ki, hadisə bu gün günorta saatlarında rayonun Qudula kənd orta məktəbində baş verib. Bildirilib ki, 24 şagird və 3 müəllimin zəhərlənmə diaqnozu ilə xəstəxanaya müraciət etməsi barədə Şəki Şəhər Rayon Polis Şöbəsinə məlumat daxil olub.
Faktla bağlı araşdırmalara başlanılıb. Hadisənin başvermə səbəbləri aparılan araşdırmalardan sonra məlum olacaq.
Qeyd edək ki, xəstəxanaya müraciət edən şəxslərə lazımi tibbi yardım göstərilib və vəziyyətləri normaldır.