Osloda Nizami Gəncəvi adına həftəsonu Azərbaycan dili məktəbinin ən fəal dinləyicilərindən biri olan Səlim Abbaszadənin Norveçdə norveç dilində “NAGORNO-KARABAKH” adlı Azərbaycanın şanlı Zəfərlə başa çatan 44 günlük müharibəsi haqqında yığcam şəkildə rəngli fotoların müşayəti ilə tam məlumatı özündə əks etdirən yeni kitabı işıq üzü görmüşdür.
Kitabın norveç dilində olması yerli əhalinin və bu dildə oxuyub anlayan hər kəsin Azərbaycanın haqq işi barəsəndə məlumatlandırılmasını hədəfləyir. Səlim kimi yeniyetmə bir gəncin bu addımı gələcəyin etibarlı əllərdə olduğunu bir daha sübut edir və Vətənini (doğma Azərbaycanı) sevən hər bir vətəndaşın, milliyətindən, dinindən, dilindən, cinsindən, yaşından, harada yaşamasından asılı olmayaraq, həmişə qürurla “MƏN AZƏRBAYCANLIYAM” deyəcəyinin bariz nümunəsidir. Məncə, çoxları Səlimdən örnək götürməlidir. Biz də “Yazarlar” jurnalı olaraq, ənənəmizə sadiq qalır və Səlimi yeni kitabların nəşrinə görə verilən “Ziyadar” Mükafatı ilə təltif edirik. Uğurlarınız bol olsun, cənab Səlim Abbaszadə! Bir daha təbriklər və vətəndə yaşayan vətənsevər vətəndaşlar adından belə nəcib əməlinizə görə təşəkkürlər!!!
“Yazarlar” jurnalının baş redaktoru,
şair-publisist.