Mədəniyyət Nazirliyi və Azərbaycan Milli Kitabxanasının təşkilatçılığı ilə dekabrın 8-də Türk ədəbiyyatının görkəmli nümayəndəsi Məhməd Akif Ərsoyun anadan olmasının 150 illiyi münasibətilə Azərbaycan dilinə uyğunlaşdırılan “Məhməd Akif Ərsoy. Seçmə şeirlər” kitabının təqdimatı olub.
Təqdimat mərasimindən sonra TÜRKSOY-un 30 illik yubileyi ilə əlaqədar Azərbaycanın görkəmli mədəniyyət və incəsənət xadimlərinə TÜRKSOY-un “Şərəf”, “TÜRKSOY Medalı” və “TÜRKSOY-un 30 illiyi” medalları təqdim edilib.
Azərbaycan Yazıçılar Birlyinin katibi, şair Səlim Babullaoğlu türk mədəniyyəti və sənətinə verdiyi töhfələrə görə “TÜRKSOY Medalı” ilə təltif olunub.
Medalı Səlim Babullaoğluna TÜRKSOY-un baş katibi Sultan Rayev təqdim edib.
Müstəqil.Az