Səma Piramidasının üçüncü xətti: – Mir Mövsüm Ağa

Səma Piramidasının üçüncü xətti: – Mir Mövsüm Ağa

Araşdırma materiallarına görə Kreml Rusiya Federasiyasının Baş Kəşfiyyat İdarəsinə məxsus “Altıncı İdarə”nin tam məxfi qrifi altında qalan materialların yenidən tədqiqilə bağlı xüsusi tapşırıqlar verib.

Səbəblərdən birincisi budur ki, RF-nın kəşfiyyat rəhbərləri, uğrunda şəhidlər vermiş Azərbaycanın Qarabağ ərazilərilə bağlı tarixi, çox qədim arxiv materiallara yenidən baxmağı qərara alıblar. Çox maraqlı faktlardan biri budur ki, Kremldə yaradılmış Strateji Araşdırmalar Mərkəzinin materialları sırasında diqqəti çəkən məsələlərdən biri budur ki, hansı səbəbə görə dünyanın böyük ərazilərindən – ölkələrindən qalxan və enən təyyarələr (istər mülki, istərsə də, hərbi) hökmən “hava zolaqlarının” kəsişən xətlərindən keçməli, hava limanının enmə yollarına yaxın salınmış, dünyanın həmişə diqqət mərkəzində qalan Dini ərazilərdə dəfn olunmuş ziyarətgahların üstündən uçmalı, üç dəfə həmin dini ziyarətgahlarda dəfn olunmuş müqəddəs şəxslərin başına dolanmalı və sonra limanda onlar üçün ayrılmış zolağa enməlidir.

Фото

Məsələn, müşahidələrimizə görə, eləcə də çoxsaylı materiallara görə İran İslam Respublikasına gələn tutumundan asılı olmayan hər hansı bir ölkənin təyyarəsi enərkən üç dəfə Məşhəd şəhərindəki (Xorasan vilayəti) şiə müsəlmanlarının ən nüfuzlu söz və inam sahibi İmam Rzanın məzarının başına dolanmalı və sonradan onlar üçün ayrılmış zolağa enməli olurlar. (Təhlillərimizi, araşdırmalarımızı burada saxlayırıq). Başqa bir arxiv materialında general (?) “İ.İ.Samveld adlı ekspedisiya”nın başçısı yazır ki, bu məsələ bizi çox düşündürüb.

İkinci məsələ, İsraillə bağlıdır (dərin və geniş təhlillərə getmirik).

Məsələn, Yerusəlimdəki Əl-Əqsa dini Mərkəzi (generalın fikrincə) Allhın möcüzəsi kimi göydə yaranmış Piramidanın “İkinci İlahi xətdir”. Eyni xətt Piramidanın tamamlayırdı. Üçüncü xətt tapılmadığı üçün müharibələr davam edir, xəritələr dəyirşi, təni qondarma, ərazilər peyda olurdu…

Amma ekspedisiyanın gərgin əməyi, heçə getmədi. Üçüncü xətt tapıldı, daha doğrusu kəşf olundu… Bu azərbaycanlı böyük din xadimi və Allahın möcüzəsi Mir Mövsüm Ağanın yaşadığı ərazi idi… (Sonrasını daha yazmaq, danışmaq olmur). Tədqiqat və araşdırmalar davam edir.

Demək, Göyün Yerə ötürdüyü (Allahın hikməti ilə görünən) “Səma Piramidası” tamamlandı…

1-ci xətt: İran İslam Respublikasının ərazisi: Xorasan vilayəti İmam Rzanın yaşadığı və dəfn olunduğu ziyarətgah.

2-ci xətt: İsrail-Yerusəlim. Müqəddəs Əl-Əqsa məscidinin ərazisi.

3-cü xətt: Azərbaycan – Böyük və dahi şəxsiyyət, din xadimi Mir Mövsüm Ağanın yaşadığı ərazi…

Başqa bir araşdırma materialında isə göstərilir ki, üçüncü xətt-həm də Fəxri Xiyaban ərazisini əhatə edir… Ərazidə qeyd olunur ki, Fəxri Xiyaban müqəddəs yerlərdən biridir. Ona görə ki, bu ərazidə ilk azərbaycanlı balasının (ermənilər tərəfindən) başı kəsilib. (Araşdırmamız var).

Beynəlxalq Terrorizmə və Korrupsiyaya

Qarşı Mübarizə Strateji Araşdırmalar

Mərkəzi”nin direktoru, siyasi elmlər üzrə

fəlsəfə doktoru, professor, politoloq

Rövşən Novruzoğlu Vəlizadə  

 

Share: