Şəmkir rayonunda 36 yaşlı kişi ehtiyatsızlıqdan vəfat edib.
Oxu.Az-ın məlumatına görə, 1986-cı il təvəllüdlü Elməddin Əhmədov artezian quyusuna elektrik naqili çəkən zaman ölüb.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru Eşqin Qasımov Oxu.Az-a bildirib ki, Şəmkir Rayon Polis Şöbəsinin Zəyəm Polis Bölməsinə rayon sakini 1986-cı il təvəllüdlü Elməddin Əhmədovun elektrik cərəyanı vurması nəticəsində ölməsi barədə məlumat daxil olub:
“Dərhal polis əməkdaşları və rayon prokurorluğunun nümayəndələri hadisə yerinə gələrək müvafiq araşdırmalar aparıblar. İlkin məlumata görə, E.Rəhimov artezian quyusuna elektrik naqili çəkərkən ehtiyatsızlıqdan elektrik cərəyanı vurması nəticəsində ölüb. Faktla bağlı araşdırmalar davam etdirilir”.
Qeyd edək ki, o, Şəmkir Suvarma Sistemləri İdarəsinin əməkdaşı olub.
İlhamə Əbülfət