Ötən il dekabrın 7-də Şəmkir rayonun Könüllü kəndində, 1989-cu il təvəllüdlü Aynurə Elman qızı Orucovanı qətlə yetirən şəxs 11 il azadlıqdan məhrum edilib.
“Report”un məlumatına görə, Gəncə Ağır Cinayətlər Məhkəməsində hakim Elmin Rüstəmovun sədrliyi ilə keçirilən məhkəmə prosesində Şəmkir rayonu, Seyfəli kənd sakini, 1989-cu il təvəllüdlü Aynurə Elman qızı Orucovanın qətlində təqsirləndirilən onun həyat yoldaşı, 1983-cü il təvəllüdlü Mahiyyəddin Nidayət oğlu Atakişiyevə höküm oxunub.
Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə ittiham olunan M.Atakişiyev 11 il azadlıqdan məhrum edilib.
Qeyd edək ki, cütlüyün 3 övladı var və ailə M.Atakişiyevin ata evində yaşayıb. Hadisə də həmin evdə baş verib. Həbs olunan M.Atakişiyev ailə daxili mübahisə zəminində A.Orucovanı çoxsaylı bıçaq zərbələri ilə qətlə yetirib.