Türkiyəli rəssam Cemal Toy və rəssam dostları öz əsərləri ilə zəlzələ qurbanları üçün taxta evlər alacaqlar.
“Qafqazinfo” Türkiyə mətbuatına istinadən xəbər verir ki, onlar zəlzələdən sonra təbii fəlakət qurbanları üçün onlayn rəsm hərracları keçirməyə başlayıblar.
Əsərlərinin gəlirləri ilə zərərçəkənlərə taxta konteyner evlər alacaqlarını bildiriblər. Kampaniya çərçivəsində sənətçi dostları ilə birlikdə Hatayda tikiləcək 16 taxta evin xərclərini öz üzərinə götürüblər:
“Sənətçi dostlarımızın töhfələri ilə sabah axşam saat 20:00-da instaqramda növbəti hərrac keçirəcəyik. Hərracda 25-ə yaxın gənc rəssamın 200-dən çox əsəri satışa çıxarılacaq. Satılacaq işlərin gəliri də taxta evlərə xərclənəcək. Biz bu iş üçün “Birlikdə İncəsənət” adlı platforma da yaratmışıq. İnsanlar “birliğidesanat.com” platformasında hərracdan başqa gənc rəssamların əsərlərini də almaqla taxta evlərin yaradılmasına töhfə verə biləcəklər”.