Yurd yarasını öz yarsı bilən Şəhid
Torpaq üçün qurban getdin el şəhidi,
Qaldırıbdır öz çiyninə yurd nəşini.
Laylay deyir ana vətən sənə Vüsal,
Laylay deyir həzin-həzin el şəhidi.
Dalğalanır vüqar ilə bayrağımız,
Yanır indi Qarabağda çırağımız.
Zəfər ilə addımlayır sabahımız,
Qələbəni qazanmısan el şəhidi.
*****
O da, vətənin tarixinə “Qəhrəmanlıq Dastanı” yazanlardan olmaq üçün gəlmişdi dünyaya sən demə.O da,vətəninin,Qarabağın azadlığı uğrunda silah götürüb igidliklə düşmənlə döyüşmək üçün gəlibmiş dünyaya sən demə.O gözünü bu dünyaya açarkən vətənimizin ağır günləri idi,içəridən oyurdular,yaralayırdılar vətənimizi,sən demə o bu yurdun yaralarını sarımaq üçün böyüyürmüş,yavaş- yavaş.Vüsal 1990 cı il dekabrın 17-də Lənkəran şəhərinin Yuxarı Nüvədi kəndində dünyaya gəlmişdi.Doğulduğu kənndə orta təhsilini başa vurduqdan sonra,Lənkəran Dövlət Universitetində “Fiziki tərbiyə və gənclərin çağırışaqədərki hazırlığı”ixtisasını bitirmişdi.Vüsal ailənin yeganə oğlu idi.O həqiqi hərbi xidmətdən sonra bir neçə il Azərbaycan Silahlı Qüvvələrində xidmətinə davam etmişdir.2016-cı ilədək Silahlı Qüvvələrin Hərbi Polis idarəsinin “N”saylı hərbi hissəsində bölük komandirinin heyətlə iş üzrə müavini vəzifəsində həqiqi hərbi xidmət keçən Vüsal daha sonra Lənkəran şəhər Poliknlinikasında fəaliyyətə başlayıb və burda müalicə,bədən tərbiyəsi üzrə təlimatçı kimi çalışıb.O harda işləyir işləsin,işlədiyi kollejtivdə daim öz səmimiliyi,sadəliyi,mehribanlığı,işgüzarlığı ilə fərqlənmiş,hər kəsin sevimlisi olmuşdur.Yaşının azolmasına baxmayaraq hər kəsin ona qarşı dərin hörməti var idi.İşinə məsuliyyətlə yanaşar,yorulmaq bilməzdi.Daima xalqını,millətini firavan,güclü görmək idi arzusu.Arzularından biridə Qarabağ həsrətinin bitməsi idi.
Vətən həsrətiylə vururdu qəlbi
Qarabağ olmuşdu arzu,diləyi.
Azad eyləməkçün torpaqlarını,
Hazırdı verməyə hər an canını.
Bəli Vüsal Kazımov Qarabağ itkisi ilə heç vaxt barışmırdı.O günün yaxında olasını diləyir,vətəni azad etmək üçün xalqın güclənməsini,Cənab Ali Baş Komandanımız Cənab İlham Əliyevin əmrini gözləyirdi.
Hələ düşmənin Tovuz istiqamətində təxribatları zamanı ehtiyatda olan zabit kimi səfərbərlik üçün müraciət etmişdi Vüsal.O,44 günlük müharibəyə qatılaraq Qələbəyə gedən yolda döyüş yoldaşları ilə birlikdə son nəfəsinə kimi vətənin azadlığı uğrunda döyüşdü.Onun döyüş yolu Cəbrayıl,Füzuli,Xocavənd,Şuşa istiqamətindən keçdi.O adını şərəflə vətənin qəhrəmanlıq səlnaməsinə yazdı.Vüsal düşmənin bir sıra mövqelərinə sarsıdıcı zərbələr vurub.Atası Kamran Kazımov oğlunu cəbhəyə yola salarkənona xeyir dua verir,onu öncə Allaha sonra Vətənə əmanət etmişdi.Kamran ata oğlunun vətəninə sevgisindən söz açaraq söyləyir ki:Oğlu vətəninə çox bağlı idi,Qarabağın düşmən əsarətində olmasına dözə bilmirdi,müharibədən söz düşəndə damarında igidlik coşardı,əlinə silah alıb sanki səngərə atılardı xəyallarında.
Vüsal amansız döyüşlərdə nəyinki düşmənə aman vermirdi həmdə eyni zamanda yaralı yoldaşlarından da köməyini əsirgəmir,onları çiyninə alaraq atəş tutmayan dağ cığrları ilə aparıb döyüş meydanından çıxarırdı.Sonra isə aslan parçası kimi yenidən döyüşlərə atılırdı.
Baş leytinant döyüşlərdə bir an dayanmır,əsgərləri ilə düşmənə qan uddururdu.Gülər ananın əlləri Allahın dərgahına uzanır hər gün dua edir:Vüsalıma onunla çiyin-çiyin döyüşən balalara yardım et,vətənimiz yağılardan qurtulsun,bu həsrət bitsin,yurdumuzda qan-qada olmasın yalvarırdı.
2020 ci il 27 oktyabr düşmən odumuzun mövqelərini top atəşinə tutur.Döyüş zamanı düşmən həmlələrini dəf edərkən artilleriya atəşi nəticəsində,amansız döyüşdə vətənpərvər bir oğul,vətən eşqli bir övlad döyüş yoldaşı ilə birlikdə şəhid oldu,nəşi düz 32 gündən sonra tapılararaq ailəsinə təhvil verildi.Vüsalın dərdindən,amansız xəstəlikdən yan keçə bilməyən dağ vuqarlı atası yatağında xəstə yatarkən hər gün xəbərlərdə qisas gününün nə zaman olacağını izləyirdi.Şükürlər olsun ki, arzusun boğa bilmədi düşmən,Vüsalın Qarabağ diləyi vüsala qovuşdu.
Prezident İlham Əliyev cənablarının sərəncamı ilə Vüsal Kamran oğlu Kazımov ölümündən sonra təltif edildiyi :”Vətən uğrunda”,”Füzuli rayonun azad olunması”,”Xocavənd rayonun azad olunması”uğrunda medalları bu gün Vətəni qorumağa könüllü getmiş,onun uğrunda şəhid olmuş vətənpərvər bir övladın qəhrəmanlıq nişanəsi,igidlik rəmzi kimi ailəsinə qürur,təsəlli verir.Bu gün şəhidin iki gül balası -Nuray və Aynur bu ailəyə atalarından bir yadigar,nişanədir,təsəllidir.
2020 ci il 17 dekabr şəhidimizin 30 yaşı tamam oldu.Hər zaman doğum günündə qonaqla dolub daşan bu evdə bu gündə toplaşmışdılar,Vüsala görə,amma onsuz,onun xatirələri ilə.
Qəhrəmanlar can verər yurdu yaşatmaq üçün.
Əslində qəhrəmanlar vətənlə bərabər özləridə əbədi yaşayır.Vətən torpağında ətir saçan çiçəklərdə yaşar şəhid,sinəsində çağlayan bulaqlarında yaşar şəhid,zirvəsində dalğalanan bayrağında yaşar şəhid,xalqının ana dilindəki bayatılarında,şeirlərində,dastanlarında,nağlllarında yaşar şəhid,vətən ilə yaşayar Şəhid.
Sən şəhadət şərbətini içdin bu gün,
Vətən üçün döyünürdü sevən könlün.
Qarabağın azadlığı uğurunda,
Səngərində pələng kimi döyüşürdün.
Sən çiynində neçə əsgər yoldaşını,
Qurtarmısan əzrailin caynağından.
Alovların içində sən alov kimi,
Çıxarırdın yağıları torpağından.
Tapdaq altda inləyərkən ana vətən,
Həsrət közü sızladırdı tez-tez səni.
Cəsarətlə atılmışdın səngərlərə,
Qurtarmaqçun əsarətdən vətənini.
Qarış-qarış azad oldu Qarabağın,
Sancılırdı dağlarına bayraqların.
Qaynayırdı damarında vətən eşqi,
Qovuşurdu vüsalına arzuların.
Sipər etdin güllələrə sən sinəni,
Zəfər ilə sevindirdin millətini.
Dedin təki ana vətən hey sağ olsun,
Qarabağım,torpaqlarım azad olsun.
Saatında dayanıbdı ürəyin tək,
Balaların evinizə təsəllidir.
Gülmür üzü nə atanın,nə ananın,
Bilirsən ki, sən onların sevinciydin.
Məzarınla söhbət edir atan hərdəm,
Görünürsən xayal kimi səndə hərdən.
Təsəllidir şəhid adın bil atana,
Bir şərəfdir,həm fəxrdir övladına.
Bilki səni unutmarıq Səhid Vüsal,
Sən xalqımın qəhrəmanlıq tarixisən.
Qurban verib öz canını şərəfinlə,
Ana vətən torpağına çevrilmisən.
Lənkəran Dövlət Universiteti
Tarix üzrə fəlsəfə doktoru
Baş müəllim
Məcidova Leyla Qadir qızı