“Sən Vətənə bənzəyirsən” layihəsinin mahiyyətinə Faiq Balabəyli aydınlıq gətirdi

“Sən Vətənə bənzəyirsən” layihəsinin mahiyyətinə Faiq Balabəyli aydınlıq gətirdi

“Dənizçilərə Sosial Dəstək” İctimai Birliyi  Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə həyata keçirdiyi “Azərbaycan Silahlı Qüvvələrinə vətəndaş dəstəyinin artırılmasına dair təşəbbüslər” layihəsini uğura başa çatdırdı. 

Layihənin rəhbəri Faiq Balabəylinin “Rupor”a verdiyi açıqlamaya görə, fəaliyyət planında nəzərdə tutulan bütün işlərin zamanında həllini tapması layihənin zamanında gerçəkləşməsinə əsas səbəblərdən idi.

Layihə çərçivəsində görülən işlər əsgərlərlə vətəndaşlarımızın səmərəli görüşlərindən, onların bir çox məqamlarda baş verəcək qarşılıqlı fəaliyyətindən bəhs olundu. Layihəyə cəlb olunan İB-mizin üzvləri öhdələrinə düşən görəvi ləyaqətlə sonuclayıblar:

“Layihənin adına uyğun olaraq tanıtım vərəqi – buklet və kitab nəşr olundu. Hər biri keçirdiyimiz görüşlər zamanı iştirakçılar arasında paylaşıldı və kitabxanalara hədiyyə verildi. Xatırladım ki, bütün bunlar layihənin startından tutmuş, görülən işlər və son, yekun işlər dövri mətbuatda dərc olundu. Hər bir tədbirimiz ölkədə fəaliyyət göstərən 15-ə qədər KİV də oxuculara çatdırıldı.
Layihənin tərkib hissəsi olaraq tərəfimizdən “Sən Vətənə bənzəyirsən” adllı kitab tərtib edərək dərc etdirdik.
Xüsusi olaraq qeyd edim ki, “Sən Vətənə bənzəyirsən” kitabında Azərbaycanın tanınmış qələm adamlarının vətənpərvərlik ruhunda yazılan şeirləri toplanıb. Şeirlərin məzmununun, ideyasının gənc və yeniyetmə nəslin vətənpərvərlik ruhunda tərbiyə olunmasında, bu ruhda yaşamasında, böyüməsində müstəsna rolu var.
Onu da qed etmək yerinə düşər ki, “DSD” İB bundan əvvəl, bu təmayüldə bir neçə kitab hazırlayıb.  Növbəti, “Sən Vətənə bənzəyirsən”  kitabı isə   Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi  nəşr olunan kitabdır.
Heydər Əliyev adına Azərbaycan Ali Hərbin inistutda adı çəkilən bkitabın təqdimatı və layihənin sona çatması ilə iki dəfə görüş keçirildi. Görüşdə ölkənin tanınmış qələm adamları, mədəniyyət işçiləri, jurnalistlər və müklkü vətəndaşlar nda dəvətli idi. Hər iki görüşdə birlikdə 1000 nəfərdən çox insan dinləyici və qonaq kimi iştirak edirdi”. 

Anar İsaoğlu



Share: