Serbiyanın paytaxtı Belqradda keçirilən dünya çempionatında bu gün daha 4 sərbəst güləşçimiz mübarizəyə başlayacaq. “Qafqazinfo” xəbər verir ki, 70 kq çəki dərəcəsində Coşqun Əzimov monqolustanlı Temulen Enktuya ilə qarşılaşacaq.
79 kq-da Əşrəf Aşırov 1/16 finalda estoniyalı Erik Reinboku mübarizədən kənarlaşdırmağa çalışacaq.
86 kq-da Abubakar Abakarov təsnifat mərhələsində ukraynalı Həsən Zəkəriyevlə güləşəcək.
125 kq çəkidə Aydın Əhmədov çinli Din Çjiveylə üz-üzə gələcək.
Bu gün həmçinin qadınların yarışında Jalə Əliyevə bürünc medal uğrunda mübarizə aparacaq. O, 57 kq-da bolqarıstanlı Georgieva Nikolova ilə ukraynalı Alina Akobia cütünün qalibini məğlub etməyə çalışacaq.