Sərdar kapitan: Dənizcilərimizin Vətənə çox bağlı olmağı hamıya məlumdur.

 Sərdar kapitan: Dənizcilərimizin Vətənə çox bağlı olmağı hamıya məlumdur.

Müstəqil.Az -ın DSD İB yi ilə birgə hazırladıqları “Dənizçi həyatı” lahiyəsinin budəfəki qonağı AXDG QSC XDND idarəsinin “Neftqaz-64” gəmisinin kapitanı Sərdar Hüseynovdur

– Sərdar kapitan, necəsən, əhvalınız necədir? Oxucularımıza özünüz haqqında məlumat versəydiniz, pis olmazdı

– Faiq kapitan, yaxşıyam siz də həmişə yaxşı olun. Mən 1974-cü ildə Astara rayonunda,  Ərçivan kəndində anadan olmuşam 1991-ci İldə Bakı Balıq Sənaye texnikumuna daxil olmuşam və oranı 1999 -cu ildə  bitirmişəm. 1993-1997 illərdə hərbi xidmətdə olmuşam. Qarabağ uğrunda gedən döyüşlərdə iştirak etmişəm. 1998-ci  ildə matros kimi işə düzəlmişəm. 1999 cu ilde kapitan köməkçisi vəzifəsinə keçmişəm, əsasən yedek gəmilərində işləmişəm, yedə əməliyyatlarında olmuşam.  Hal hazırda “Neftqaz-64” gəmisinin Kapitanıyam.

– Demək həyatınızın ən çılğın qaynar vaxtlarını dənizdə keçirməli olursuz, İndi də elə yaşınız yoxdur, cavansız. Necədir dənizlə dil tapa bilirsizmi?

– Bəli, Faiq müəllim ən gözəl vaxtlarımızı dənizdə keçirmişik və buna görə də heç vaxt peşman olmamışıq. Gözəl Allahımız bizi dənizin sərt üzündən qoruyub.

– Nə düşünürsüz, dənizçi olmaq, dənizdə ömür sürmək könüllü olaraq həyatın müəyyən maraqlı tərəflərindən özünüzü təcrid etmək deyil ki?

– Dənizçi olmaq dənizdə işləməyə peşman olmadığımı dedim. Demək həyatın müəyyən məqamlarından məhrum olsaq da,  dənizdə də  gözəl ətrafımız və sizlər kimi dəyərli dostlarımız varsız,  biz doğurdan da bir ailəyik

– İşlədiyiniz XDND-nin Ölkə iqtisadiyyatının ən aparıcı qolu olan bir sahə ilə, SOCARla əməkdaşlığı var. Kifayət qədər çətin və məsuliyyətli bir işdir.  Yorucu deyil ki?

– İşimi sevirəm kollektivimlə  birgə verilən tapşırıqların, görüləcək  işlərin öhdəsindən gələ bilirik. Ağır iş növbəsindən sonra istirahət etməyə vaxtımız olur. Bir də işi uğurla başa çatdırdıqda, heç bir yorğunluq qalmır.

-Bilirsiniz  ki, bu lahiyəmizin adı “Dənizçi həyatı”dır. Dənizçi həyatının spesifik xüsusiyyətləri yox deyil. Sizcə nədir bunlar?

– Dənizçi dənizdən aralı qala bilmir. Həyatımızda mühüm rolu var seçdiyimiz peşənin. Bəzən lazım olan zaman olmalı olacağın yerdə ola bilmirsən, Amma nə edək ki, bu da bizim həyatımızdır.

-Çox istərdim ki, dənizlə, seçdiyiniz sahə ilə bağlı yadda qalan, maraqlı bir hadisəni yada salasınız.

– Əlbətdə dənizdə çox hadisələr olub və mən çox hadisələrə şahid olmuşam. Hansını qeyd edim?  Ancaq bunu deyə bilərəm ki, daha çox bayramlarda marağlı olur dəniz həyatı.


– Uzun müddətdir donanmadasız. Kapitan kimi çalışırsız. Gəmi kapitanı necə olmalıdır? Hansı xüsusiyyətləri ilə fərqlənməlidir?

– Gəmi kapitanı sakit,  təmkinli və bütün heyətini nəzarətdə saxlayan biri olmalıdır. İşinin məsuliyyətini dərk etməli, nümunə olmağı bacarmalıdır. Təmkinli, hadisələr, əməliyyatlar zamanı özünü itirməməlidir.

-Bir kapitan olaraq gəmiçiliyimizdə daha nələrin olmasını istərdiz ki, bu həm donanmaya xeyir gətirsin, həm də dənizçilərimizin püxtələşməsində mühüm rol oynaya bilsin?

– Donanmamizda çox gözəl işlər görülür, yeni-yeni lahiyələrə imza atılır, təkmilləşmə gedir. Donanma yeni nəsl gəmilərlə təchiz olunur, bütün bunlar işlərimizdə müsbət irəliləyişə səbəb olur.

– Sərdar kapitan, dənizdə keçən ömrü, suya verilən ömür kimi xarakterizə etmək olar?

– Mən elə deməzdim, dənizçi ömrü, dənizçi həyatı mənalı bir həyatdır.
– Bilirsiz ki, iki ildir DSD İB yi fəaliyyət göstərir. Daima dənizçilərimizin yanında olmağa çalışmışıq. Fəaliyyətimiz bir dənizçi kimi sizi qane edirmi, daha nələri görmək istərdiniz.
– İctimai Birliyin fəaliyyətindən mən  razıyam, bu birliyin ətrafında çox söz-söhbətlərin şahidi olmuşam. Bəziləri mahiyyətini başa düşməyib, bəziləri də nəyə görəsə nələrisə deyir. Amma bir təşkilat olaraq yanımızda olmağınızı hiss etdirdiyiniz üçün sizə minnətdaram.

– Gənc dəniçi nəsli daha çox nəyə üstünlük verməlidir?

Daha çox təhsil və təcrübəni artırmaq lazımdır. Dənizdə ən önəmli olan həm də təcrübədir. Təcrübə çox olduqda qəzaya yol vermey azalir.

– Sərdar Kpaitan dəniçilərimizin vətənpərvərliyi göz önündədir. İki ildən çoxdur ki, artıq erməni faşizminə gücümüzü göstərdik. Özünüz də keçmiş döyüşçüsüz.Qələbəmizi, müharibənin gedişindəki uğurlarımızı necə xatırlayırsan?

Dənizcilərimizin Vətənə çox bağlı olmağı hamıya məlumdur. Bunun bariz nümunəsi hələ  20 yanvar hadisələrində onların gostərdikləri şücaət, eləcə də  1-ci və 2-ci Qarabağ döyüşlərində könüllü iştirak etmələri, Vətənimizin dar günündə döyüşə getməyə daima hazır olmalarıdır, keçdikləri döyüş yoludur.

– Səhv etmirəmsə 44 günlük Zəfər savaşımızda sizin də doğmalarınızdan şəhid olanlar oldu.

-Bəli, 2 ci Qarabağ savaşında gedən döyüşlərdə şəhid olanTabor komandiri,  Kapitan Sahnur Hüseynov qardaşım oğludur. Ohanyan səddini ilk yaran və qələbəyə yol açan igidimiz Füzuli uğrunda gedən döyüşlərdə qəhrəmancasına Şəhid olmuşdur. Azzərbaycan Respublikasının Prezidenti şəhiddimizi  Azərbaycan Bayrağı,  İgidliyinə görə və Füzuli rayonunun azad edilməsinə  görə orden və medallarla təltif etmişdir. Şəhidimiz 27 yaşında şəhadətə qovuşdu. Özündən nsonra 1 övladı qaldı, Əlinur Sahnur oğlu 3 yaşındadır.
-Allah şəhidimizə rəhmət eləsin, çox sağ olun ki, bizimlə həmsöhbət oldunuz.
Amin. Siz sağ olun, DSD İB yinin uğurlarını görək.

Müstəqil.Az

 

 

 

Share: