“Neftçi”nin baş məşqçisi postuna əsas namizəd Sərgən Yalçın Bakıdan İstanbula yola düşüb.
Bu barədə “Qafqazinfo”ya onun köməkçisi Murat Şahin məlumat verib. O bildirib ki, “Neftçi” ilə bir anlaşma əldə edilməyib.
Əldə etdiyimiz məlumata görə isə, tərəflər maliyyə məsələlərində razılığa gəlməyib. Belə ki, Sərgən Yalçın “Neftçi” rəhbərliyindən illik 2 milyon dollar maaş istəyib.
Bakı klubunun idarəçiləri isə klub büdcəsindən baş məşqçi üçün yalnız 1 milyon dollar maaş nəzərdə tutulduğunu bildirib.
Elsevər Məmmədov