Ermənistanla Azərbaycan arasında sərhədin demarkasiyası və delimitasiyası prosesi praktiki mərhələyə keçib.
xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan Tavuş vilayətində sakinlərlə görüşündə deyib.
“Bu o deməkdir ki, Ermənistanın sərhədləri yerlərdə müəyyən edilməli olacaq. Hamımız bilirik, siz məndən də yaxşı bilirsiniz ki, Ermənistanın sərhəd harada başlayır, harada bitir”, – deyə Paşinyan vurğulayıb.
Baş nazirin sözlərinə görə, hökumətin məqsədi müharibənin qarşısını almaqdır və buna görə də bu ərazilərdə sərhədlərin təfərrüatlı şəkildə müəyyən edilməsi qərara alınıb.