Sərkisyan Əliyevlə razılaşmışdı, lakin… – Erməni politoloq

Danışıqlar masasında “Madrid prinsipləri” əsasdır. Bu, yeddi rayonun Azərbaycana qaytarılmasını, qaçqınların qayıdışını nəzərdə tutur. Yalnız bundan sonra Qarabağın statusu məsələsi müzakirə olunur.

Müstəqil.Az xəbər verir ki, bu barədə erməni politoloq Ara Papyan deyib.

Papyan qeyd edib ki, danışıqlarda irəliləyişin olacağını demək çətindir.

O, Nikol Paşinyanın Azərbaycan lideri ilə danışıq aparmaq bacarığının olub-olmaması haqda müzakirələrə də münasibət bildirib.

“Paşinyan prosesdən xəbərsizdir, çünki müxalifətdə olub. Məncə, onu məlumatlandırmaq çətin olmaz. Əsas danışıqları xarici işlər nazirləri aparacaq, liderlər daha yüksək səviyyədə görüşəcəklər. Danışıqlar masasında əyləşmək Ermənistanda kimsə üçünsə üstünlük deyil. Vaxtilə Sarkisyan ərazilərin böyük bir qismini Əliyevə qaytarmağa razılaşmışdı. Sonrada proses pozuldu. Yəni danışıqlar masasında Ermənistanı kimin təmsil etməsi yox, nəticə önəmlidir”, – deyə o bildirib.

Erməni politoloq təklif edib ki, Ermənistanı danışıqlarda prezident Armen Sarkisyan təmsil etsin.

Share: