Sumqayıtda bir müddət əvvəl söküntüsü aparılan Şərq bazarının yerində yeni Mall tikiləcək.
Müstəqil.Az bildirir ki,Bu barədə Publika.az-a Sumqayıt rayon İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Eyvaz Qocayev deyib.
Onun sözlərinə görə, artıq tikinti işlərinə başlamaq üçün hazırlıq işləri görülür:
“Yeni ticarət mərkəzinin nə zaman fəaliyyətə başlayacağı dəqiq bəlli deyil. Lakin hazırda tikinti üçün kommunikasiya və digər tədbirlər görülür. Qısa müddət ərzində bu işlərin başa çatacağı gözlənilir. Bundan sonra tikinti işləri başlanacaq”.
Müstəqil.Az