Şərqi Afrika 43 ildən bu yana ən dəhşətli quraqlıqla üz-üzə: Milyonlarla insan aclıqla mübarizə aparır

Şərqi Afrika 43 ildən bu yana ən dəhşətli quraqlıqla üz-üzə: Milyonlarla insan aclıqla mübarizə aparır

Keniyanın Milli Quraqlığı İdarəetmə Agentliyi (NDMA) ölkədə 2,6 milyon heyvanın quraqlıq ucbatından ölüm riski ilə üzləşdiyini açıqlayıb.

NDMA prezidenti Hared Hassan açıqlamasında Keniyadakı quraqlığa diqqət çəkib və uzun müddət davam edən quraqlığın heyvanlara mənfi təsir göstərdiyini bildirib.

Şərqi Afrikada 1980-ci illərdən bəri müşahidə edilən ən şiddətli quraqlıq dalğası milyonlarla insanı aclığa məhkum edib.

IGAD (Intergovernmental Authority on Development) üzvü olan ölkələrdə quraqlığın azı 36 milyon insana təsir göstərəcəyi təxmin edilir.

2019-cu ildə səhra çəyirtkələrinin istilasından sonra kənd təsərrüfatı istehsalının azaldığı və ərzaq böhranının başladığı bölgədə yağıntıların gözləniləndən çox az olması yeni qida böhranının yaranmasına səbəb olub.

Birləşmiş Millətlər Təşkilatı (BMT) quraqlıq səbəbilə mal-qaranın tələf olmağa başladığını, ailələrin susuzluq və qida problemi səbəbindən evlərini tərk etdiklərini açıqlayıb.

İçməli su qıtlığı həm də miqrasiya yolu ilə epidemiyaların yayılmasına səbəb olub.

Mənbə: Anadolu

Share: