Səudiyyə Ərəbistanı erkən nikahları qadağan etdi

Səudiyyə Ərəbistanının hökuməti uzun sonra erkən nikahları qadağan edib.

“Saudi Gazette” xəbər verir ki, ölkənin ədliyyə naziri Valid əl-Samaani bütün yerli məhkəmələrə yeni qanunu göndərib.

Qanuna əsasən evlənmək üçün yaş həddi 18 müəyyən edilib.

18 yaşı tamam olmayan şəxslərin evlənmək istəyinə xüsusi məhkəmələr baxacaq. Məhkəmələr isə erkən nikahın evlənmək istəyənlərin gələcəyinə mənfi təsir edib-etməyəcəyini müəyyən etdikdən sonra qərar verəcəklər.

Share: