Fransa Prezidenti Emmanuel Makronun Səudiyyə Ərəbistanında vəliəhd Məhəmməd bin Salman ilə görüşündən sonra birgə yazılı açıqlama verilib.
Müstəqil.az xəbər verir ki, Səudiyyə Ərəbistanı və Fransa İranın nüvə proqramını inkişaf etdirməsindən böyük narahatlıqlarını ifadə ediblər.
İki ölkə İranın regionda sabitliyi pozan fəaliyyətlərinə, o cümlədən ballistik raketlər və pilotsuz uçuş aparatlarından istifadəyə qarşı mübarizə aparmağın vacibliyini vurğulayıblar.
Fransa İranın nüvə silahı əldə etməsinə və ya inkişaf etdirməsinə icazə verməməkdə qərarlı olduğunu bildirib.