Səudiyyə Ərəbistanı sərhədlərini qurudan, dənizdən və havadan Yəmənin üzünə bağlayıb.
Bu barədə Səudiyyə Ərəbistanının rəsmi xəbər agentliyi “SPA” məlumat yayıb. Açıqlamada bildirilib ki, Yəmənə giriş-çıxış İrandan ölkəyə daxil olan silah satışını dayandırmaq məqsədilə məhdudlaşdırılıb. Həmçinin, humanitar yardımların Yəmənə daxil olması üçün xüsusi icazə veriləcəyi vurğulanıb.
Qeyd edək ki, şənbə günü Yəməndən Səudiyyə Ərəbistanının “Kral Xalid” hava limanı yaxınlığına raket atılmışdı.