Səudiyyə Ərəbistanın Ciddə şəhərindəki salonlardan birində qadınlar üçün avtomobil sərgisi açılıb.
Müstəqil.az Röyters-ə istinadən xəbər verir ki, bu barədə sərginin təşkilatçısı Şərifə Məhəmməd belə deyir: “Bu avtomobil sərgisi yalnız qadınlar üçündür. Bütün bu ticarət mərkəzi də qadınlar tərəfindən idarə olunur. Bütün işçilər qadınlardır”.
Qeyd edək ki, Səudiyyə Ərəbistanının kralı Salman ben Əbdül Əziz Əl Səud 2017-ci ilin sentyabrında qadınların da sürücülük vəsiqəsi ala biləcəyi barədə sərəncam imzalamışdı. Bunu qədər Səudiyyə Ərəbistanı qadınlara maşın sürməyi qadağan edən yeganə ölkə idi.
Həmçinin bu ilin mart ayında ölkədə qadınlar üçün sürücülük məktəblərinin də açılması gözlənilir. Qanun isə bu il iyunun 23-də qüvvəyə minəcək. Qanunə əsasən, qadınlar təkcə maşın sürməyə yox, pilot olmağa da haqq qazanacaqlar.