Müstəqil.Az Moderator.az -a istinadən xəbər verir ki, Səudiyyə Ərəbistanı Ədliyyə Nazirliyi qadınların öz iradələri əleyhinə olaraq ərləri ilə qalmaq haqqında qanunu ləğv edib. Bu təşəbbüs qadınların ictimai həyata daha çox cəlb olunmasına və kişi əhali ilə bərabər hüquq və azadlıqlara nail olması yolunda ölkədə aparılan tarixi dəyişikliklərin bir hissəsidir.
İndi ərləri ilə nikah müqavilələrini pozmaq istəyən qadınlar razılaşma ilə və ya məhkəmə qarşısında iddia qaldırmaqla boşana bilərlər. Kişilər də öz növbəsində evini tərk edən qadınlardan geri dönməni tələb edə bilməzlər.
Səudiyyə Ərəbistanında son illərə kimi qadınlar əksər hüquq və azadlıqlardan məhrum edilmişdi. Situasiya krallığın bütün təbəələrinə bərabər hüquq və azadlıq zəmanəti verən, eyni zamanda qadınları ictimai həyata cəlb edən mülayim islam və “ Xəyal -2030” proqramının həyata keçməsi kursunu götürən varis şahzadə Muhammed ben Salmanla başlayıb.
Son aylar səudiyyəli qadınlara futbol oyunlarına və konsertlərə getməyə, dövlətin ərazisində bir çox idman növləri ilə məşğul olmağa, qadınlar üçün xüsusi fitnes- mərkəzlərdə məşq etməyə, ərinin və ərinin qohumlarının icazəsi olmadan şəxsi biznesini açmağa icazə verilib.
Bu il 1980-ci ildən bəri kütləvi kinoteatrların açılışı olacaq, iyunda isə qadınlar sürücülük vəsiqələri alacaq və avtomobil idarə edə biləcəklər. Bundan sonra onlara şəxsi sürücü və taksi sürücüsü qismində işləməyə icazə veriləcək.
Qadınları yol müfəttişləri kimi və nəzarət-buraxılış məntəqələrində işə cəlb etmək də planlaşdırılır. Bundan başqa bu ay məlum olub ki, Səudiyyə Ərəbistanı rəhbərliyi qadınların müstəntiq kimi ölkənin hüquq mühafizə orqanlarında xidmət etməsinə icazə verməyi planlaşdırır.
Namizəd qadınlar hüquq təhsilinə malik olmalıdır, eyni zamanda fiziki hazırlığı və xidmətə uyğunluğunu təyin etmək üçün onlar zəruri imtahan və idman normativləri verməlidirlər. Daha yaxşı iddiaçılar müstəntiq vəzifəsi alacaqlar.
“Seçim prosesi ona görə çox sərtdir ki, biz bu cür vacib işin öhdəsindən gəlmək üçün ən səriştəli namizədləri axtarırıq. Bütün tələblər yerinə yetirildikdən sonra iş almaq istəyində olanlarla söhbət aparılacaq” – krallığın baş prokuroru şeyx Saud əl – Muacib deyib.
Bundan başqa , Əl – Muacib qeyd edib ki, ölkədə bu yaxınlarda ailə barışığına nəzarət edən ayrıca komitə yaradılıb kİ, bunun da tərkibinə gələcək müstəntiq qadınlar daxil olacaq. “Biz inanırıq ki, belə bir komitədə qadınlar krallıqdakı ailə problemlərinin həllinə müsbət təsir göstərəcəklər” – o, əlavə edib.