Səudiyyə Ərəbistanı avqustun əvvəlində Qərb ölkələrinin iştirakı ilə Ukrayna ilə sülh danışıqlarını müzakirə etməyi planlaşdırır.
Xəbəri yayan mənbə iddia edir ki, tərəflər avqustun 5-də və 6-da Ciddədə görüşəcəklər.
Xəbərdə maraq doğuran digər məqam isə ondan ibarətdir ki, Səudiyyə Ərəbistanında baş tutacaq görüşə 30 ölkədən yüksək vəzifəli nümayəndə iştirak edəcək, lakin bu siyahıda Rusiyanın adı yoxdur.
Mənbə: The Wall Street Journal