Yəməndə “Ənsarullah” hərəkatının döyüşçüləri bəyan edib ki, Səudiyyə Ərəbistanı ilə sərhədyanı əraziyə irimiqyaslı hücum zamanı 2 min hərbçi əsir götürülüb.
BAKU.WS “əl-Cəzirə” telekanalına istinadən xəbər verir ki, Səudiyyənin Nəcran şəhəri yaxınlığında 3 briqadası əsir düşüb.
Əsirlər arasında yüksəkrütbəli zabitlər də olmaqla, həm Səudiyyə, həm də ərəb ölkələrindən hərbçilər var.
Səudiyyə rəsmiləri bu məlumatla bağlı rəsmi açıqlama verməyib.
Buna qədər Husilər sentyabrın 14-də Səudiyyə Ərəbistanının neft obyektlərinə dron və raket hücumu həyata keçirmişdi.
Müstəqil.Az