Səudiyyə Ərəbistanı Krallığının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri İssam bin Saleh əl-Cuteyli ilə ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev arasında görüş keçirilib.
Bu barədə “Qafqazinfo”ya nazirlikdən bildirilib.
Görüş zamanı Azərbaycan və Səudiyyə Ərəbistanı Krallığı arasında ətraf mühitin mühafizəsi sahəsində gələcək əməkdaşlığın perspektivləri müzakirə olunub və qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.