Səudiyyə futbolçuları Rusiyaya görə cəzalandırılacaq

Səudiyyə Ərəbistanının futbol üzrə yığma komadasının bir neçə üzvü Rusiya ilə oyuna görə cəzalandırılacaqlar.

Müstəqil.Az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Səudiyyə Ərəbistanının Futbol Federasiyasının rəhbəri Adel İzzət açıqlayıb.

“Biz məğlubiyyətə görə çox məyusuq. Nəticə bizim hazırlıq səviyyəmizi əks etdirmir. Buna görə qapıçı Abdullah əl-Mayyuf, hücumçu Məhəmməd əs-Saxlavi və müdafiəçi Ömər Xavsavi cəzalandırılacaqlar” – deyə o bildirib.

Qeyd edək ki, dünən futbol üzrə dünya çempionatı çərçivəsində Rusiya-Səudiyyə Ərəbistanı görüşü baş tutub. Görüşdə 5:0 hesabı ilə Rusiya millisi qalib gəlib.

İlkin H.

Share: