Səudiyyədə dəmir yolu stansiyası yanğına görə çökməyə başladı

Səudiyyə Ərəbistanının Ciddə şəhərindəki Harameyn dəmir yolu stansiyası dünən baş verən yanğına görə çökməyə başlayıb. FaktXeber.com-un məlumatına görə, bununla bağlı videolar sosial şəbəkələrdə paylaşılıb.

Məkkə və Mədinəni birləşdirən 450 kilometrlik qatar xətti üçün 7.3 milyard dollar xərclənmiş və dəmir yolu keçən il istifadəyə verilmişdir.

Xatırladaq ki, dəmiryolu vağzalında çıxan yanğında 11 nəfər yaralanıb. 

Share: