Səudiyyənin vəliəhd şahzadəsi: `Kaşıkçının ölümündən mən məsulam`-VİDEO

Təxminən bir il əvvəl Washington Post qəzetinin köşə yazarı Camal Kaşıkçının (Xaşuqi) Səudiyyə Ərəbistanının İstanbuldakı konsulluğunda qəddarcasına qətlə yetirilməsi bütün dünyanı şoka saldı. O vaxtdan bəri Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salman CİA-nın cinayətə onun əmr verdiyi barədə iddiasına susqunluqla cavab verirdi. FaktXeber.com-un verdiyi məlumata görə, FRONTLINE müxbiri Martin Smit vəliəhd şahzadə ilə bu barədə danışıb.

“Bu mənim vaxtımda baş verib. Mən məsuliyyət daşıyıram, çünki mənim vaxtımda baş verib”, deyə o bəyan edib. Bununla belə o, qətldən xəbərsiz olduğunu da israr edib.

Smit şahzadə Məhəmməddən bu cinayətin onun xəbəri olmadan necə baş verə biləcəyini soruşub. O isə cavabında ölkədə 20 milyon əhalinin və  3 milyon dövlət məmuru olduğunu xatırladıb.

Bundan sonra Smit Kaşıkçı cinayətində əli olan 15 nəfəri xatırladaraq, “Və onlar təyyarələrinizdən birinə minə bilərlər?”, – deyə soruşub

“Mənim hər şeyi izləyən məmurlarım, nazirlərim var və onlar məsuliyyət daşıyırlar, bunun üçün səlahiyyətləri var” deyə Şahzadə Məhəmməd bin Salman bildirib.

Qeyd edək ki, bu danışılanlar FRONTLINE-nın Səudiyyənin kraliyyət ailəsi və Camal Kaşıkçının ölümü ilə əlaqədar hazırladığı sənədli filmdən bir hissədir. Məlumata görə, filmdə həmçinin Kaşıkçının indiyə qədər mediada göstərilməyən müsahibəsi də var.

“Mən müxalif olmaq istəmirəm, eyni zamanda evə getmək və yenidən səssiz olmaq istəmirəm” deyə o, ölümündən bir neçə ay əvvəl demişdi.

Qeyd edək ki, BMT-nin Baş Asambleyasında çıxış edən Səudiyyə Ərəbistanının xarici işlər üzrə dövlət naziri Adil Cubeyr Kaşıkçı cinayəti ilə əlaqədar danışarkən onun rəsmi bir qərar olmadan Səudiyyə Ərəbistanı hökumətinin agentləri tərəfindən öldürüldüyünü demişdi.

Səud rejiminə və xüsusən vəliəhd şahzadə Bin Salmana qarşı müxalifliyi ilə bilinən Camal Kaşıkçı (Xaşuqi) 2018-ci ilin oktyabrın 2-də Səudiyyə Ərəbistanının İstanbuldakı Baş konsulluğuna boşanma haqqında sənədlərini almaq üçün girib və orada qəddarcasına qətlə yetirilib. Diplomatik missiyaya girməzdən əvvəl iPhone-nu nişanlısına verən Kaşıkçının qolunda olan və telefonla sinxronlaşdırılmış Apple Watch saatı onun qətlinin səs yazısını qeydə alıb.

Kaşıkçının qətlindən əvvəl olan söhbətin QANDONDURAN səs yazısı

The New York Times yazmışdı ki, Türkiyə polisinin Kaşıkçının ölümündə şübhəli bildiyi şəxslərdən azı 5-i vəliəhd şahzadə Muhəmməd Bin Salmanla əlaqəlidir. ABŞ kəşfiyyatı hesab edir ki, jurnalistin itməsində onun əli var.

Share: