“Səyavuş Aslanın oğlu atasının 25 min manatını oğurlayıb”

“Səyavuş Aslanın oğlu atasının 25 min manatını oğurlayıb”

Xalq artisti Afaq Bəşirqızı Elgiz Əkbərin qonağı olarkən mərhum Xalq artisti Səyavuş Aslanın küçədə yaşayan oğlu Çingiz Aslandan danışıb.

Kulis.az xəbər verir ki, aktrisa Ç.Aslanın atasının 25 min manatını oğurladığını bildirib.

Siz elə bilməyin ki, Səyavuş Aslanın böyük oğlu Çingiz Aslana diqqət olmayıb. Onun heç diqqətə ehtiyacı da yox idi. Səyavuş bəlkə də bu qədər aktyorun arasında ən imkanlısı və varlısı olub. O, dünyasını dəyişdikdən sonra mülkləri qaldı. Sizi maraqlandıran bir çox məsələləri zamanında gizlətmişik. Təbii ki, hər şeyin həddi var. Biz hər şeyi açıb deməmişik. Amma indi deyirəm. Funikulyorun yanında məşhur kafenin aşağısındakı 600 min kvadratmetrlik sahə onun idi. Oranı milyon yarıma satdı. Səyavuş Aslanın Dənizkənarı Milli parkla üzbəüz, Akademik Musiqili Teatrının yanında evi vardı. 8 qonşunu köçürüb, o evləri almışdı. Bundan əlavə, həyətdə evi vardı. O, hər zaman öz ailəsinə, uşaqlarına qarşı çox diqqətcil olub. Sadəcə, o qədər övladlarını əzizlədi ki, axırda da belə oldu.

Onun Eldar adlı digər övladı başını götürüb Türkiyəyə qaçdı. Ağıllı oğlandır. Amma Çingiz bu cür çıxdı. Ona Elgiz özü və başqa-başqa oğullar yardım əlini uzadıb, maddi köməklik ediblər. 23 dəqiqəyə atasının başının altından seyfin açarını götürərək açıb, 25 min dolları götürüb. O evdən çıxanda Səyavuş bunu bilib. Bulvarla Səyavuşun evinin arasında o səkidən bu səkiyə kiçik yoldur. Səyavuş onun arxasınca adam göndərdi. Çingizi tutanda artıq götürdüyü 25 min dollar onda yox idi”, – deyə sənətçi qeyd edib.

Share: