Mərkəzi Gömrük Hospitalında koronavirusdan müalicə olunan müğənni Səyyad Əlizadənin vəziyyəti ağır olaraq qalır.
Bu barədə Kult.az-a müğənninin kürəkəni Razim Qarayev məlumat verib.
“Səyyad bəyin vəziyyətində heç bir irəliləyiş yoxdur. Hazırda səhhəti ağır olaraq qalır”, – R.Qarayev deyib.
Qeyd edək ki, bir neçə gün öncə vəziyyəti ağırlaşdığı üçün Gömrük Hospitalına köçürülən S.Əlizadə EKMO aparatına qoşulub.
Müstəqil.az