Səyyad Əlizadənin vəziyyəti daha da ağırlaşdı

Səyyad Əlizadənin vəziyyəti daha da ağırlaşdı

Tanınmış müğənni Səyyad Əlizadənin vəziyyəti ağırlaşıb.

Bu barədə Kult.az-a Fövqəladə Hallar Nazirliyinin Zığda yerləşən modul tipli xəstəxanasından məlumat verilib.

Məlumatda bildirilir ki, hazırda müğənni süni tənəffüs aparatından 70% oksigen dəstəyi alır. Müğənnin arterial təzyiqi 129/81, nəbzi 72, şəkəri 173, saturasiyası 88-dir.

Qeyd edək ki, müğənni avqustun 13-də koronavirus diaqnozu ilə Fövqəladə Hallar Nazirliyinin Zığda yerləşən modul tipli xəstəxanasına yerləşdirilmişdi.

***

Koronavirusa yoluxan müğənni Səyyad Əlizadənin vəziyyəti daha da ağırlaşıb.

Bu barədə Fövqəladə Hallar Nazirliyinin (FHN) Zığdakı modul tipli hospitalından məlumat verilib.

Qeyd olunub ki, müğənni 80% oksigen dəstəyi alır: “O, dünən səhərdən xəstəxanamızın reanimasiya şöbəsinə yerləşdirilib və süni tənəffüs aparatına qoşulub. Hazırda müalicəsi davam etdirilir. Saturasiyası normadan aşağı – 90%-dir. Huşu qapalıdır. Qan təzyiqi, şəkəri və nəbzi nəzarətdə saxlanılır”.

Aytəkin Qardaşova 

Share: