“Kəlbəcərin mənzərəsi məni heyran edir”.
APA-nın xəbərinə görə, bunu Kəlbəcərə səfər edən və İstisuda olan ingiltərəli səyyah Dez Vayit bildirib.
Dez Vayit deyib ki, mənzərə onu heyran edir:
“Kəlbəcər həqiqətən də çox gözəldir. Gözəl ölkəniz var, buradakı dağlar möhtəşəmdir. İstisu çox maraqlıdır və isti görsənir”.