Saakaşvili siyasətə qayıtdığını açıqladı

Saakaşvili siyasətə qayıtdığını açıqladı

“Gürcüstan siyasəti fal olaraq iştirak etmək niyyətindəyəm”.

“Qafqazinfo” xəbər verir ki, bunu Gürcüstanın keçmiş Prezidenti Mixail Saakaşvili öz feysbuk hesabında etdiyi paylaşımda deyib. 

Onun sözlərinə görə, iyunun 15-i Acarıstan Ali Şurasının iclasında edilən açıqlamalar onun üçün son damla olub: “Dünən Acariya Ali Şurasında dünən gördüyüm satqınlar paradı son damla oldu. Gürcüstana xəyanət və ruslaşdırma cəhdi artıq bütün səviyyələrə çatıb. Səhhətimlə bağlı vəziyyətə baxmayaraq, Ukraynadakı fəaliyyətimə paralel olaraq Gürcüstan siyasətində çox fəal olaraq iştirak etmək niyyətindəyəm. Bu gündən etibarən fiziki olaraq iştirak edə biləcəyim bütün məhkəmə proseslərinə qatılmaq istəyirəm. Həmçinin hər zaman olduğu kimi Avropanın anti-Rusiya qüvvələrini birləşməyə çağırıram”. 

Qeyd edək ki, iyunun 15-i Acarıstan Muxtar Respublikasının rəhbəri Tornike Rijvadze Ali Şuraya hesabat təqdim edib. Onun çıxışından sonra Ali Şuranın müxalifətdən olan üzvləri suallarla çıxış edib. Suallardan biri isə Rusiya vətəndaşlarının sayının artırılması və bununla bağlı təhlükələrə aid olub. Rijvadze 2008-ci ildə baş verən müharibəni “qorxaqcasına uduzulan müharibə” adlandırıb.

 


Share: