“Saakaşvili Tiflisə gəlsə, İvanişvili yox olacaq”

Mixail Saakaşvilinin həbsi siyasi motivlərlə əlaqədardır.

Müstəqil.Az Axar.az-a istinadən xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Saakaşvilinin Gürcüstandakı Vahid Milli Hərəkat Partiyasından olan deputat Zaza Bibilaşvili söyləyib.

“Əminəm ki, İvanişvili Saakaşvilini Gürcüstanda görmək istəmir. Əgər o, Gürcüstana göndərilsə, İvanişvili, tezliklə, bunun nəticəsini öz üzərində hiss edəcək”, – deyə o bildirib.

Müstəqil.Az

Share: