Sabah 30° isti olacaq

Oktyabrın 29-da Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. 

“Qafqazinfo” Milli Hidrometeorologiya Xidmətinə istinadən xəbər verir ki, gecə və səhər bəzi yerlərdə duman olacaq. Gündüz arabir güclənən şimal-qərb küləyi əsəcək.

Havanın temperaturu gecə 15-18° isti, gündüz 21-25° isti olacaq. Atmosfer təzyiqi 758 mm civə sütunundan 762 mm civə sütununa yüksələcək. Nisbi rütubət 60-65% olacaq.

Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi rayonlarda duman olacaq. Mülayim qərb küləyi əsəcək.

Havanın temperaturu gecə 14-19° isti, gündüz 25-30° isti, dağlarda gecə 5-10° isti, gündüz 14-19° isti olacaq. 


Share: