“Sabah”ın UEFA Konfrans Liqasının pley-off mərhələsindəki potensial rəqiblərinin III raunddakı ilk oyununda qalib müəyyənləşməyib.
Oxu.Az xəbər verir ki, Rumıniyada “Styaua” və Danimarka “Norşellan” arasında keçirilən qarşılaşma qolsuz bərabərliklə başa çatıb – 0:0.
Qonaqlar 59-cu dəqiqədə meydanda azlıqda qalıblar. Adamo Naqalo ikinci sarı vərəqəni alaraq meydandan qovulub.
Qeyd edək ki, bu cütün qalib pleyt-off mərhələsində “Sabah” – “Partizan” (Serbiya) duelinin güclüsünə rəqib olacaq. Bakı klubu evdə Belqrad təmsilçisinə qarşı keçirdiyi III raundun ilk matçında 2:0 hesablı qələbə qazanıb.