Sabiq deputat Hüseyn Abdullayev barəsində yeni cinayət işi başlanılıb.
xəbər verir ki, Hüseyn Abdullayev Cinayət Məcəlləsinin 193-1.3.2-ci (cinayət yolu ilə əldə edilmiş pulların leqallaşdırılma) maddəsi ilə ittiham olunur.
Hazırda Baş Prokurorluq tərəfindən bu işin istintaqı aparılır.
Qeyd edək ki, Hüseyn Abdullayev 2018-ci ildə həbs edilib və 6 il müddətinə azadlıqdan məhrum olunub.
Hüseyn Abdullayevin 6 illik həbs müddətinin başa çatmasına 47 gün qalıb.