Keçmiş XİN rəhbəri Vilayət Quliyev 20 il əvvəl azərbaycanlı nazirlərin bir arada çəkilmiş fotosunu paylaşıb.
“Qafqazinfo” xəbər verir ki, 2002-ci ildə çəkilən fotoda sabiq nazirlər – DİN rəhbəri Ramil Usubov, milli təhlükəsizlik naziri Namiq Abbasov, ölkənin eks-baş prokuroru Zakir Qaralov və XİN rəhbəri Vilayət Quliyev yer alıb.
Qeyd edək ki, V. Quliyev 1999-2004-cü illərdə xarici işlər naziri vəzifəsini icra edib.