Sabiq prezident vəfat etdi…

Boliviyanın sabiq prezidenti vəfat edib.
Müstəqil.Az Moderator.az-a istinadən  xəbər verir ki, 1980-ci ildə hərbi çevriliş nəticəsində Boliviyanın prezidenti olan general Luis Qarsiya Mesa Texada vəfat edib.
 Luis Qarsiya Mesa aprelin 29-u 88 yaşında Kossmul-de-la-Pas xəstəxanasında dünyasını dəyişib.
Qeyd edək ki, Luis Qarsiya Mesa Texada 1980-ci ilin iyul ayında hərbi çevriliş nəticəsində Boliviyanın prezidenti olub. O, 1981-ci ilin avqustunda devrilib. 1995-ci ildə Boliviyanın Ali Məhkəməsi ona çoxsaylı insan hüquqlarının pozulması və hakimiyyətə qarşı çıxanların öldürülməsində təqsirli bilərək 30 il azadlıqdan məhrumetmə cəzası verib.

Share: