“Nəhayət bitirdim! İllərlə içimdə bəsləyib yetişdirdiyim, hər şeyə rəğmən inadla yazmaq istədiyim “Müşfiq ağrıları” orotoriyasını bitirdim!”
Müstəqil.Az xəbər verir ki, bunu Əməkdar incəsənət xadimi, tanınmış bəstəkar Cavanşir Quliyev bildirib.
Bəstəkar qeyd edib ki, liberotto Azərbaycanın nakam şairi Mikayıl Müşfiqin acı taleyindən bəhs edir: “Müşfiqin faciəsi cəmiyyətə dərs olmadı. İndi də insanlar ədalətsizyə, qanunsuzluğa susurlar, kənardan baxırlar. Əsər bütün haqları pozulanlara əsr olunub, o cümlədən də, özümə”.
“Liberettonun müəllifi Sabir Rüstəmxanlıdır. Əsər bir saat səslənir. 13 hissədən ibarətdir – proloq, 6 ağı, 5 qaraguruh, epiloq. İfaçılar – böyük simfonik orkestr, böyük qarışıq xor. Solistlər – soprano, tenor, mezzo-soprano, bariton, qadın – xanəndə, təqdimatçı”, – deyə C.Quliyev əlavə edib.