Bu gün Millət Vəkili, Vətəndaş Həmrəyliyi Partiyasının sədri Sabir Rüstəmxanlı Neftçala şəhərində seçicilərlə görüş keçirib.
Neftçala şəhərindən və rayonun kəndlərindən olan vətəndaşları ayrı-ayrılıqda qəbul edən millət vəkili onları dinləmiş, problemləri ilə maraqlanmışdır. Bəzi vətəndaşların problemləri yerindəcə həll edilmiş, bəzi şikayətlər aidiyyatı qurumlara ünvanlanmışdır. Vətəndaşların qəbulunda icra hakimiyyətinin məsul əməkdaşı da iştirak etmiş, yerundə həll oluna biləcək məsələlərə münasibət bildirmişdir. Görüşdə rayonun bəzi kəndlərinin yol və qazla bağll çətinliklərə xüsusi diqqət yetirilmiş, qısa müddət ərzində bir neçə kəndlərdə bu problemlər yoluna qoyulduğu bildirilsə də, bəzi kəndlərdə hələ də yol və mavi yanacaq probleminin qaldığı diqqətə çatdırılmışdır. Millət vəkili seçicilərin diqqətinə çatdırmışdır ki, bu məsələ ilə bağlı hökumətə etdiyi müraciət müsbət cavablandırılmış və dövlət proqramı təsdiq edilmişdir. S.Rüstəmxanlı bütün təkliflərin ümumiləşdirilərək, aidiyyatı təşkilatlar qarşısında məsələ qaldırılacağını bildirmişdir. Vətəndaşlarla söhbətdə millət vəkili pandemiya ilə əlaqədar yaranan mümkün problemlərlə də maraqlanmış vətəndaşların qarşılaşdıqları problemlərin həllinə imkan daxilində köməklik göstəriləcəyini bildirmişdir.
Millət vəkili qərargahda keçirilən qəbuldan sonra rayon ərazisində olmuş, vətəndaşlarla yerlərdə də səyyar görüşlər keçirmişdir.
Müstəqil.Az