Sabir Rüstəmxanlı Neftçalada seçicilərlə görüşmüş, onların problemləri ilə maraqlanmışdır…

Sabir Rüstəmxanlı Neftçalada seçicilərlə görüşmüş, onların problemləri ilə maraqlanmışdır…

Bu gün 61 saylı Neftçala seçki dairəsindən Milli Məclisin deputatı, Vətəndaş Həmrəyliyi Partiyasının sədri Sabir Rüstəmxanlı Neftçala rayonunda olub.

Səfər zamanı millət vəkili seçicilərlə görüşmüş, onların problemləri ilə maraqlanmışdır. Görüşdə iştirak edən edən bəzi vətəndaşların problemləri yerindəcə həll edilmiş, bəziləri ilə bağlı müvafiq qurumlara müraciət edilmişdir.
S.Rüstəmxanlı həmçinin Həsənabad qəsəbəsində Şəhidlər Xiyabanını ziyarət etmişdir.
Xatırladaq ki, Xiyaban millət vəkilinin təşəbbüsü və dəstəyi ilə salınıb.

 

Müstəqil.az

Share: