Bizdə büdcənin müzakirəsi ilə hökumətin hesabatı bir-birinə qarışdırılır. Gələcək üçün mən təklif edərdim ki, hökumətin müzakirəsinə 1 gün yox, 2 gün vaxt ayrılsın və burada səslənən bir çox fikirlər orada deyildin. Büdcənin müzakirəsi daha konkret olsun”.
Bunu Milli Məclisdə çıxışı zamanı deputat Sabir Rüstəmxanlı bildirib.
Millət vəkili qeyd edib ki, müharibə edən ölkələrin təkcə orduları savaşmır, həm də bütün siyasi, iqtisadi, mənəvi, psixoloji, intellektual potensialı, o cümlədən büdcələri savaşır:
“Bu baxımdan Azərbaycanın bütün sahələrdəki üstünlüyü göz qabağındadır. Bunu nərəzə alıb Azərbaycan hökumətinin, onun iqtisadi -sosial siyasətinin qələbədən sonrakı əsas xətti də xalqa söykənmək – çünki bu xalqın sayəsində qələbə mümkün olub – və xalqa xidmət prinsipləri olub.
2023-cü il Qarabağ ili və Ordu Quruculuğu ilidir. Düşmənlərimiz yeni müharibəyə hazırlaşır, revanş haqqında düşünürlər”.
Sabir Rüstəmxanlı əhalinin sosial müdafiəsinə xüsusi diqqət verilməsinin əhəmiyyətini vurğulayıb:
“Şəhid ailələrinə, qazilərə, müharibə əlillərinə dövlətin qayğısının xırda məmurlar tərəfindən kölgələnməsinə qətiyyən yol vermək olmaz və belə halların qarşısı sərt şəkildə alınmalıdır.
Sosial müdafiənin çərçivələri və ünvanlarını daha dəqiq müəyyənləşdirən, bu işdə əyriliyin, aztəminatlı ailələrin haqqına göz dikilməsinin qarşısını alan daha etibarlı sistem işlənib-hazırlanmalıdır”.
Fikrimcə, indiki halda sosial yardım şəbəkələri çox asanlıqla, sosial oğurluq şəbəkələrinə, əhalini narazı salmaq meydanına çevrilir. Ailələr uşaq pulu alarkən buna imkan yox idi. Amma indi, sosial müdafiə sənədləşdirmələri, qohumbazlıq, çək-çevir və bu yardımlardan imtina üçün münbit şərait yaradılıb”.