Müatəqil.az xabar verir ki, Azərbaycan Milli Elmlər Akademiyası Əlyazmalar İnstitutunun Elmi Şurasının qərarı ilə Xalq şairi, millət vəkili Sabir Rüstəmxanlı fəxri doktor adına layiq görülüb.
Fəxri doktor diplomu bu gün İnstitutun Elmi Şurasında direktor Teymur Kərimli tərəfindən xalq şairinə təqdim edilib.
Bildirilib ki, bu qərar S. Rüstəmxanlının elmin inkişafına və İnstitutun fəaliyyətinə göstərdiyi yardımlara görə qəbul olunub.
Sonra Xalq şairi İnstitutun sərgi salonunda təşkil edilmiş “Şuşa və Qarabağ – Əlyazmalarında” adlı sərginin açılışında iştirak edib.
Müstəqil.az