Şabranda doğum evində ana və uşaq ölümü ilə bağlı müvafiq araşdırma aparılır.
Bu barədə TƏBİB-dən -nın yerli bürosunun sorğusuna cavab olaraq bildirilib. Qeyd olunub ki, meyit müayinə olunmaq üçün Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinə təhvil verilib. Ölümün dəqiq səbəbi aparılacaq patoloji-anatomik müayinə və müvafiq hüquq-mühafizə orqanlarının araşdırmaları nəticəsində aydınlaşacaq.
***
18.39
Şabran rayon Mərkəzi Xəstəxanasının doğum şöbəsində ana və uşaq ölümü baş verib.
-nın Şimal bürosu xəbər verir ki, 9 aylıq hamilə olan Şabran şəhər sakini, 1987-ci il təvəllüdlü Nailə Qasımova doğuş zamanı ölüb, körpəni də xilas etmək mümkün olmayıb. Mərhumun həyat yoldaşı Kərəm Qasımov bildirib ki, bu, qadının 3-cü hamiləliyi olub. K.Qasımov həyat yoldaşının və körpəsinin həkim səhlənkarlığı nəticəsində öldüyünü bildirib.
Faktla bağlı araşdırma aparılır.